Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Sülh danışıqlarını yalnız türklərin və çinlilərin aparmasını istəmirəm” – Makron

65 Baxış

“Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqları aparan tərəfin yalnız türklər və çinlilər olmasını istəmirəm”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. O, Ukraynada diplomatiya və danışıqlar üçün zəmin yaradılmadığını bildirib. Fransa prezidentinin sözlərinə görə, Rusiyanın prioriteti zəmanət yox, “Ukraynanı müdafiə etmək”dir.

“Gec-tez bir masa ətrafında toplaşmaq lazım gələcək. Mən istəmirəm ki, müzakirələri yalnız türklər və çinlilər aparsın”,- deyə o əlavə edib.

Qeyd edək ki, E. Makron daha əvvəl də Türkiyənin Rusiya ilə danışıqlar apara bilən tərəf olmasından narahatlığını ifadə etmişdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678