Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Masallıda ana körpəsi ilə birgə öldü

75 Baxış

Bu gün saat 03:30 radələrində Ələt-Astara magistralının Masallıdan keçən 131-ci kilometrliyində ağır yol qəzası baş verib.

Turanmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran rayon sakini Şəhriyar Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı avtomobil Astara sakini Rəşid Nəsirovun sürdüyü “KamAZ”a çırpılıb.

Nəticədə “Kia Sportage”də olan sərnişinlər Əminə Fərəcova və onun 2022-ci il doğumlu oğlu Aslan Fərəczadə hadisə yerində ölüb.

Sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəza zamanı “Kia Sportage” yük maşınına arxadan çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678