Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rza Talıbov: “Atamla bağlı danışmaq istəmirəm”

71 Baxış

“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov bu gün Naxçıvan Ali Məclisinin sədri postundan istefa verən atası Vasif Talıbov haqda danışarkən deyib.

Rza Talıbov istefasından sonra atası ilə əlaqə saxlamadığını da deyib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.

“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə R.Talıbov “hər kəsin öz işi var”, – deyərək əlavə şərh verməkdən imtina edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678