Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Laçın dəhlizinin açılmasında heç bir irəliləyiş yoxdur” – Qarabağ separatçısı

86 Baxış

“Laçın dəhlizinin açılmasında heç bir irəliləyiş yoxdur”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Qarabağ separatçısı Tiqran Petrosyan Facebook səhifəsində yazıb. O, Laçın dəhlizinin bağlanması ilə bağlı qondarma “deputat”larla görüşün təfərrüatlarını açıqlayıb.

“Volkov bizimlə görüşə razı olmadığı üçün biz narahatlığımızı daha yüksək səviyyəyə çatdırmaq qərarına gəldik. Bəzi “deputat”larla söhbət onlara görə alınmadı. Amma sonra bəzi deputatlarla görüş oldu, uzun müzakirə etdik.

Biz tələb etdik ki, “hakimiyyət”ə inam yoxdur. Hansısa mandatla hansısa ictimai qrup yaradılsın ki, xalqın səsi daha da yüksək səviyyəyə, Rusiyanın dövlət orqanlarına çatdırılsın. Araik Arutyunyanla danışan “deputat”lar onun razılıq verdiyini bildiriblər. Hazırda həmin istiqamətdə fəal iş aparılır.

Laçın dəhlizinin açılması ilə bağlı irəliləyiş yoxdur. Bəzi şeylər var ki, indi onları deyə bilmərəm, çünki düşmən də bizi izləyir”, – deyə Petrosyan çərənləyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678