Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada dəhşətli sel görüntüləri: Onlarla adam itkin düşdü – VİDEO

110 Baxış

Yaponiyanın Atami şəhərində (Sidzuoka prefekturası) torpaq sürüşməsi nəticəsində təxminən 20 nəfər itkin düşüb.

Bu barədə NHK telekanalından bildirilib.

Xilasedicilər sürüşmə zonasına cəlb edilib.

Yaponiyanın mərkəzi və şərq bölgələrində bir neçə gündür güclü yağışlar yağır. Bəzi bölgələrdə son iki gündə 400-600 mm arasında yağıntı düşüb.

Bundan əvvəl, 200 min insanın daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbiylə Tokio ilə qonşu Kanaqava prefekturasına təxliyəsi üçün tövsiyələr verildiyi bildirilmişdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678