Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST: Çin koronavirusdan ölüm sayını gizlədir

69 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Çin ölkədəki koronavirusla bağlı real vəziyyət barədə susur və çox şeyi gizlədir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, ÜST-nin icraçı direktoru Maykl Rayan bildirib ki, Çində yayımlanan mövcud məlumatların – xəstəxanaya yerləşdirmə, reanimasiya şöbələrinə qəbul, xüsusən də ölüm hallarının sayının xəstəliyin əsl təsirini tam əks etdirmədiyinə inanırlar.

O, Çin lideri Si Cinpini “COVID-19-a sıfır tolerantlıq” siyasətinə son qoyduqdan sonra Pekini pandemiyanın miqyası ilə bağlı daha şəffaf olmağa çağırıb.

Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyi böhtan atmamağı xahiş edib və deyib ki, o, vəziyyətin necə olduğu barədə düzünü deyir.

Eyni zamanda, rəsmi statistikaya görə, hazırda Çində 500 minə yaxın insan xəstədir. Və qeyri-rəsmi məlumatlara görə, təkcə dekabr ayında bir milyard çinlinin dörddə biri virusa yoluxub.

Buna rəğmən, Çin sərhədləri açacaq və koronavirus məhdudiyyətlərini aradan qaldıracaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678