Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dərbənd qalasının bir hissəsi dağılıb – FOTO

154 Baxış

YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Dərbənd qalasının cənub qala divarının bir hissəsi uzun sürən yağışlar nəticəsində dağılıb.

Bu barədə Dərbənd şəhər administrasiyasının sədrinin birinci müavini Rüstəmbəy Pirməhəmmədov öz “Instagram” səhifəsində məlumat verib.

“Uzun sürən yağışlar nəticəsində Orta Qapı adlanan ərazinin yaxınlığındakı qalanın cənub qala divarının bir hissəsi uçub.  Bu, şəhər üçün böyük fövqəladə hadisədir. Cənub qala divarı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir”, – R. Pirməhəmmədov yerləşdirdiyi fotolara şərh olaraq yazıb.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678