Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada ilk dəfə dənizdə buğulan şəxs dron vasitəsi ilə xilas edilib

123 Baxış

Rusiyada ilk dəfə olaraq pilotsuz uçan aparatının vasitəsi ilə dənizdə boğulan adam xilas edilib.

Bu barədə Anapa şəhərinin “Xilasetmə Xidməti”nin “Instaqram” səhifəsində məlumat verilib. 

Hadisə bu gün(yeddi avqust) Krasnodar diyarının Anapa şəhərinin mərkəzi çimərliyində baş verib.

Qeyd olunur ki, xüsusi izləmə sistemi dənizdə boğulmaq təhlükəsi ilə üzləşən adamı qeydə alıb.

Dərhal onun köməyinə pilotsuz uçan aparat göndərilib.

Dron bir neçə saniyə ərzində hadisə yerinə çataraq batmaqda olan kişinin düz qarşısına hava ilə doldurulan dairəni atıb.

Məhz onun sahəsində ölüm təhlükəsi ilə üz-üzə qalan şəxs xilasedicilərin gəlişinə qədər suyun üzərində qala bilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678