Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Dünyanın ağciyərləri” məhv olur

62 Baxış

Braziliyada yerləşən və “Dünyanın ağciyərləri” adlandırılan Amazon Yağış meşəsində ötən il 3000 futbol meydançası böyüklüyündə ərazi meşəsizləşib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, Amazon İnsan və Ətraf Mühit İnstitutunun açıqlamasına görə, ərazinin meşəsizləşməsi 2022-ci ildə daha da artıb.

Bildirilib ki, 2022-ci ilin dekabr ayında 287 kvadrat kilometr meşə sahəsi məhv edilib. Bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 105 faiz çoxdur.

Yer kürəsinin oksigeninin 20 faizini təmin edən “Dünyanın ağciyərləri” adlanan Amazon yağış meşəsi ildə 1 milyard tondan çox karbonun atmosferə buraxılmasının qarşısını alır. Dünyadakı heyvan və bitki növlərinin 10 faizinə ev sahibliyi edən Amazonlar eyni zamanda Cənubi Amerikanın səkkiz fərqli ölkəsində yaşayan 400-dən çox yerli qəbilələrə ev sahibliyi edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678