Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

-50 temperaturda olan şəhər

69 Baxış

Rusiyada qarla örtülmüş Yakutsk şəhəri -50 temperaturda lentə alınıb.

Turanmedia.az Milli.Az-a istinadən bildirir ki, Rusiya şəhərinin kadrlarını videoqraf Mayk Mixaylyuk öz İnstaqram səhifəsində yayımlayıb.

Video sənətçinin çəkdiyi kadrlarda şəhər əhalisi görünmür – yalnız qar, buz və şaxta, şəhər “buzlu” mavi işıqla işıqlandırılıb. Paylaşımın altındakı şərhlərdə Mixaylyukun bəzi abunəçiləri qeyd ediblər ki, bu videoya baxmaqdan üşüyürlər.

Digərləri, Yakutiya sakinləri əlavə ediblər ki, -50 respublikada yaşadıqları ən pis temperatur deyil. “-50 normadır. Kəndimdə -65, mən Yakutiyadanam”, – deyə abunəçilərdən biri yazıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678