Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Conson: ” Bunu etsəydik, Ukraynada müharibə olmazdı”

71 Baxış

Əgər ölkələr ardıcıl və cəsarətlə Ukraynanı NATO-ya daxil etsəydilər, Rusiyanın tammiqyaslı işğalından qaçmaq olardı.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu “The Washington Post” qəzetinə yazdığı məqalədə Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson qeyd edib.

Onun sözlərinə görə, Qərb ölkələri onilliklər ərzində NATO və Ukrayna ilə bağlı diplomatik qeyri-müəyyənlikdən istifadə ediblər və bu, tam fəlakətlə başa çatıb.

“Biz illərdir ukraynalılara deyirik ki, biz NATO-da açıq qapı siyasəti yürüdürük və onların “öz müqəddəratlarını seçmək” hüququ var. Lakin bütün bu müddət ərzində Moskvaya açıq şəkildə bildirmişik ki, Ukrayna heç vaxt Alyansa qoşulmayacaq, çünki bir çox NATO üzvü buna razılıq vermir. Nəticə – Avropada son 80 ilin ən pis müharibəsi”,- Conson vurğulayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678