Şimali Osetiya rəhbəri Ukraynada atəşə tutulub
85 Baxış
Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo işğal altında olan Ukrayna ərazilərinə gedib.
Turanmedia.az xarici mediayaya istinadən xəbər verir ki, o, Ukraynanın Zaporojye vilayətində atəşə məruz qalıb.
Məlumata görə, hadisə Sergey Menyaylonun osetin könüllü dəstələri və döyüşçülərinin mövqelərinə baş çəkərkən baş verib.
Bildirilir ki, TASS və “Birinci Kanal”ın jurnalistləri də S.Menyaylo ilə birgə olub. Ölən və xəsarət alan yoxdur. Şimali Osetiya rəhbərinin və jurnalistlərin təhlükəsizliyi təmin edilib.