Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Böyük Ermənistan” mifinə inanmayın, indi bu, bataqlıqdan-bataqlığa frazası ilə əvəzlənib” – Çaturyan

48 Baxış

Ermənistanın xalq artisti Nikolay Çaturyan ölkə rəhbərliyinin siyasətini tənqid edərək, əhalini “Böyük Ermənistan”la bağlı miflərə inanmamağa çağırıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, o, ölkəsinin acınacaqlı vəziyyətdə olduğunu bütün çılpaqlığı ilə təsvir edib:

“Hamı ABŞ və Fransadan kömək gözləyir. Boş işlərlə məşğul olmaqdan əl çəkin. Hamımız bilirik ki, Azərbaycan güclü dövlətdir. Onun nefti və digər təbii sərvətləri mövcuddur. Bəs bizim nəyimiz var? Əlimizdə olanları da ruslara vermişik. Xəritədə Ermənistan kiçik bir dövlətdir, hansısa görünməyən nöqtədir. Mən heç vaxt bizim millətin bəzi nümayəndələri kimi axmaq insanlar görməmişəm”.

Daha sonra Çaturyan fikirlərini belə davam etdirib: “Biz düzgün diplomatiya apara bilmirik və ancaq şəxsi maraqlarımızı güdürük. Nə vaxtsa biz dənizdən-dənizə “Böyük Ermənistan” ola bilərdik. Amma indi bu, bataqlıqdan-bataqlığa frazası ilə əvəzlənib”, – deyə Çaturyan fikirlərini tamamlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678