Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə karantin rejimi sərtləşdirildi

141 Baxış

Türkiyədə koronavirusa yoluxma hallarının artması karantin rejiminin sərtləşməsinə səbəb olub. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bu barədə məlumat verib. 

Ərdoğan deyib ki, yoluxma hallarının belə davam etməsi hamı üçün ağır nəticələrə gətirib çıxara bilər. 

O həmçinin qeyd edib: 

“Həftə sonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678