Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Atambayev ölkədən getdi

67 Baxış

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev azadlığa buraxılan kimi ölkəni tərk edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Atambayev Dubaya uçub, burdan isə müalicə üçün İspaniyaya yollanacaq.

“Almazbek Atambayev bu gün 06:3-də Bişkek-Dubay marşrutu ilə uçub. Oğlu Kadırbek də onunla birlikdədir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən ailəsi Almazbek Atambayevin azadlığa buraxıldığını bildirmişdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678