Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zəlzələyə dayanıqlı şəkildə inşa edilib” – Üçbucaq bina sosial mediada gündəm olub

50 Baxış

Fevralın 6-da Kahramanmaraşda baş verən dəhşətli zəlzələlər Türkiyədəki binaların təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Turanmedia.az “Haber Global”a istinadən xəbər verir ki, İstanbulun Çəkməköy bölgəsində tikilən beşmərtəbəli yaşayış binasının maraqlı arxitekturası sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Belə ki, sosial şəbəkə istifadəçiləri üçbucaq formada və ön tərəfdən nazik divar üzərində tikilən binanın fotolarını paylaşaraq, zəlzələ zamanı uçmaq təhlükəsinin olduğunu yazıblar.

Həmin binanın podratçısı Eser Karataş bildirib ki, bina 2013-cü ildə tikilib. Bina zəlzələyə dayanıqlı şəkildə inşa edilib və bələdiyyə tərəfindən təsdiq edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678