Türkiyədə seçkilər təxirə salınır? – Rəsmi açıqlama
86 Baxış
Türkiyədə prezident seçkilərinin təxirə salınması hakimiyyətin gündəmində deyil.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun deyib.
O bildirib ki, hazırda hakimiyyətin bir nömrəli prioriteti zəlzələ yaralarını mümkün qədər tez sağaltmaqdır:
“Zəlzələ zamanı itkilərimiz çox oldu, xəsarət alan insanlarımız var. Bizim yeganə məqsədimiz dövlətin şəfqət əlini yaralı şəxslərə, yaxınlarını itirənlərə, zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza uzatmaqdır”.
Qeyd edək ki, Türkiyə hakimiyyəti seçkilərin mayın 14-də keçirilməsinin tərəfdarıdır.