Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünya bu görüntülərdən danışır – 2000 nəfərlik dəstə yeni həbsxanaya belə köçürüldü – VİDEO

58 Baxış

Salvador Prezidenti Nayib Bukele 2000 dəstə üzvündən ibarət ilk qrupun ölkədəki yeni yüksək təhlükəsizlik həbsxanasına köçürüldüyünü açıqlayıb.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, həmin anların yayımlanan görüntüləri dünyanın gündəminə çevrilib.

Dünyada cinayətin ən yüksək olduğu ölkələrdən biri olan Salvadorda hökumət yeni addım atıb. Ölkədə hökumətə reaksiyalar artdıqca minlərlə məhbus yeni açılan yüksək texnologiyalı “Terror Həbsxanası”na köçürülüb.

Yüksək texnologiyalı müşahidə sistemi ilə dizayn edilmiş və 40.000 cinayətkarı yerləşdirmək üçün nəzərdə tutulmuş həbsxananın Amerikanın ən böyük meqa həbsxanası olduğu təxmin edilir. Hər biri 80 nəfərlik 32 kameradan ibarət həbsxanada yaramazlıq edən dəstə üzvlərini cəzalandırmaq üçün qaranlıq, pəncərəsiz “cəza kameraları” var.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678