Lavrovun Azərbaycana səfər proqramı açıqlandı

9 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər proqramı açıqlanıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin – 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək. Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”, – məlumatda qeyd edilib.

S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi və xarici işlər naziri Ceyhun Bayramovla da danışıqları da nəzərdə tutulub.

XİN-in bəyanatında bildirilib ki, ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Qeyd edək ki, Lavrovun Bakıya səfəri fevralın 27-28-i üçün nəzərdə tutulub.