Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Putin ədalətli sülh danışıqlarına hazır deyil” – Bu ölkənin liderindən ŞOK AÇIQLAMA

71 Baxış

“Rusiya Prezidenti Vladimir Putin hələ Ukrayna ilə ədalətli sülh danışıqlarına hazır deyil”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib.

“Putin ədalətli sülhlə bağlı danışıqlara hazırdırmı? Hazırda bunu göstərən heç nə yoxdur”, – kansler bildirib.

Şoltsun sözlərinə görə, hazırda Kreml beynəlxalq ictimaiyyətə hədələyici mesajlar ötürməyə üstünlük verir. Almaniya kansleri bunlardan biri kimi Putinin ABŞ-la nüvə anlaşmasını dayandırmaq qərarını göstərib.

Kansler əmindir ki, hazırda Rusiya ilə qarşılıqlı balans prinsipləri əsasında dialoq aparmaq mümkün deyil, Putinin Ukraynanı və Avropanın nizamını məhv etmək istəyi buna mane olur.

Bunun əksinə olaraq, kansler Ukrayna Prezident Volodimir Zelenskinin noyabrda keçirilən G20 sammiti zamanı beynəlxalq ictimaiyyətə təqdim etdiyi sülh planını xatırladıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678