Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu ölkədə karantin rejimi ləğv edilib

73 Baxış

Niderlandda koronavirusla bağlı karantin rejimi ləğv edilib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə, rifah və idman naziri Ernst Kuipers bildirib.

Belə ki, Nazirlər Kabineti ölkədə bu günə qədər qüvvədə olan koronavirusa qarşı mübarizə tədbirlərinin ləğv edilməsi barədə qərar verib.

Nazirin sözlərinə görə, xəstəliyin simptomları aşkar edildikdə özünütəcrid və testdən keçmək tövsiyəsi də ləğv edilib. Bu isə o deməkdir ki, Niderlandda koronavirusla mübarizəyə yanaşma respirator virus infeksiyaları ilə mübarizə ilə eyni olacaq.

“İndi bunu həqiqətən də qrip adlandırmaq olar”, – nazir vurğulayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678