Təhlükəsizlik Şurası qərar vedi, TikTok qadağan edildi
9 Baxış

Belçikada dövlət işçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib.
Turanmedia.az-ın məlumatına görə, TNS xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında qərar verilib.
Bildirilib ki, qadağa qərarı federal səviyyədə alınıb.
Həmçinin, Belçikada digər sahələrdə çalışan işçilər üçün də TikTok-a qadağa qoyulacaq.
Bundan əlavə, Belçika Kibertəhlükəsizlik Mərkəzi xəbərdarlıq edib ki, TikTok istifadəçilərdən məlumatlar toplayır.