Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanın Baş naziri koronavirusa yoluxdu

146 Baxış

Gürcüstanın Baş naziri Georgi Qaxariya koronavirusa yoluxub.

Bu barədə “RİA Novosti” Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən yazıb.

Gürcüstanın Baş naziri hələ oktyabrın 31-də karantinə yollanıb. Çünki o, COVID-19-a yoluxmuş təhlükəsizlik xidməti əməkdaşı ilə ünsiyyətdə olub.

“Aparılan test nəticəsində baş nazirdə koronavirus təsdiqlənib”, – deyə mətbuat xidməti bildirib.

Həmçinin Georgi Qaxariyanın özünü yaxşı hiss etdiyi, ev şəraitində müalicə aldığı vurğulanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678