NATO Çinə Rusiya ilə bağlı çağırış etdi
13 Baxış

NATO-nun baş katibi Çini Rusiyaya silah ötürməməyə çağırıb.
Turanmedia.az unikal-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında açıqlayıb.
Baş katibin sözlərinə görə, hazırda NATO-da Rusiyanın Çindən silah alacağına dair heç bir sübut yoxdur. Lakin o, bildirib ki, alyans bu məsələnin ölkələr arasında müzakirə oluna biləcəyinə dair işarələr görüb: “Çin Rusiyaya öldürücü silahlar ötürməməlidir”.