Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dəhşətli hadisə – Ailəsinin 5 üzvünü öldürüb intihar etdi

50 Baxış

Türkiyənin Elazığ vilayətində qaz sızması ilə bağlı çağırış əsasında evə daxil olan polislər odlu silahdan açılan atəş nəticəsində öldürülən 6 nəfərin cəsədini aşkarlayıblar.

Turanmedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, müəllim işləyən Hüseyn adlı şəxs yaşadığı evdə ailəsi ilə mübahisə edib.

O, mübahisə zəminində, atası, anası, bacısı və qardaşlarını odlu silahla qətlə yetirib. Həmin şəxs daha sonra özünü güllələyərək öldürüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Meyitlərin ekspertizası aparılır. Cinayətin təfərrüatı məlum deyil.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678