Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail onlar üçün Məbəd dağına girişi bağladı

50 Baxış

Yəhudilər və qeyri-müsəlman turistlər bu il aprelin 21-də müqəddəs Ramazan ayı başa çatana qədər Qüdsdəki Məbəd dağını ziyarət edə bilməyəcəklər.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, qərar baş nazir Benyamin Netanyahunun ofisində İsrailin əsas nazirləri və təhlükəsizlik qüvvələrinin rəhbərlərinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə keçirilən iclasın yekunları üzrə qəbul edilib.

Bundan əlavə, Netanyahu və nazirlər Qərb Divarında (Ağlama Divarı – red.) ibadət edənləri, eləcə də əraziyə gedən yolları qorumaq üçün bütün lazımi əməliyyat qüvvələrindən istifadə etməyi tapşırıblar.
Qeyd edək ki, keçən həftənin əvvəlindən bəri ümumilikdə 2,6 mindən çox yəhudi zəvvar Məbəd dağına çıxıb. Bu, Fələstin-İsrail münaqişəsi ətrafında gərginliyin artması fonunda baş verib və fələstinlilərlə İsrail polisi arasında toqquşmalara səbəb olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678