Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dığ kəndində kütləvi dava olub

61 Baxış

Zəngəzurun Dığ kəndinin icma rəhbəri Davit Qulunts 23 yaşlı kənd sakimi Aşot Qalstayanı döyərək xəstəxanalıq edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Ermənistanın “hraparak” nəşri kəndin icma rəhbəri Davit Qulunts və onun komandası tərəfindən ciddi təhlükəyə çevrildiyini yazıb.

“Kənddə “bespredel” vəziyyət hökm sürür. Belə ki, icma rəhbəri özünü kənddə “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi əsasında öz qaydalarını diktə edir. Ona etiraz edənləri isə cəzalandırır. Məhz bunun nəticəsi olaraq 2 gün əvvəl Qulunts ilə icma sakini 23 yaşlı Aşot Qalstyan arasında mübahisə dava ilə yekunlaşıb. Sonda hər iki tərəf öz adamlarını çağırıb və proses kütləvi dava ilə qurtarıb”, – nəşr yazıb.

Bildirilib ki, Davada Qulunts başından yüngül xəsarət alsa da, 23 yaşlı gənc şil-küt edilərək, üzündə çoxsaylı sınıqlarla ağır vəziyyətdə “Heratsi” xəstəxanasına aparılıb. O, xəstəxanada bir neçə əməliyyat keçirməli olub. Çənəsində bir neçə sınıq olduğunda Qalstayan çox çətinliklə danışır.

Həmin hadisədən bir gün sonra isə Quluntsun dəstəsi yerli ağsaqqallar şurasının müxalifətçi üzvü Masis Zeynalyanı da döyüblər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678