Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN:”Yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir”

279 Baxış

Bəzi saytlarda və sosial şəbəkədə Mingəçevir şəhərində “vəzifəli şəxsin içkili vəziyyətdə xidməti maşında yol qəzası törətdiyi və işin hüquq mühafizə orqanları tərəfindən düzgün araşdırılmadığı” barədə yayılan məlumatlara Daxili İşlər Nazirliyi aydınlıq gətirib: Yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.
Turanmedia.az xəbər verir ki, yayılmış məlumatlarla bağl Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Mingəçevir şəhərində baş vermiş yol-nəqliyyat hadisəsinin polis şöbəsində düzgün araşdırılmaması ilə bağlı iddialar əsassızdır.
Belə ki, yanvarın 25-i axşam saatlarında şəhər ərazisində Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan, sürücü Xəndam Səmədovun idarə etdiyi “QAZ-3110” və Pərvin Osmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində sonuncu nəqliyyat vasitəsi yolun kənarında dayanan “Toyota” markalı avtomobilə dəyib. Nəticədə “VAZ”ın sürücüsü xəsarət alıb.
İlkin araşdırma zamanı məlum olub ki, qəzanın baş verməsinə səbəb Pərvin Osmanovun dönmə əməliyyatını düzgün icra etməməsi olub.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678