Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Birinci Qarabağ müharibəsinin amansız qatillərindən olan erməni general öldü

140 Baxış

Xocalı soyqırımını törədənlərdən biri, Ermənistanın “Yerkrapa” könüllüləri ittifaqının sədri, Ermənistan Respublika Partiyasından sabiq deputat general Manvel Qriqoryan ölüb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Qeyd edək ki, Qriqoryan oktyabrın 7-dən 21-nə kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub. Səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görüblər. Onun Azərbaycan hərbçilərinin əlinə keçməkdən ehtiyatlanaraq, İrəvana aparıldığı ehtimal edilir. Qriqoryanın səhhətinin Ermənistan ordusunun məğlubiyyətindən ağırlaşdığı istisna edilmir.

Qeyd edək ki, Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarından olub. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib.

Qriqoryan da Xocalıda və Azərbaycanın işğal altında olan başqa torpaqlarında törətdiyi vəhşiliklərə, cinayətlərə görə Haaqa Məhkəməsində mühakimə ediləsi çoxsaylı erməni hərbi cinayətkarlarından biri idi. Öz hərbçilərinin payını oğurlayan bu general Xocalıda qadın, uşaq və qocalara verdiyi işgəncələrlə yadda qalıb. Dünya ictimaiyyəti, Beynəlxalq Məhkəmə onun kimi erməni generallarının törətdiyi cinayətləri cəzasız qoyub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678