İlk ərəb kosmonavtı açıq kosmosa çıxdı
11 Baxış

BƏƏ-dən olan kosmonavt Sultan Əl-Neyadi Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxıb və tarixdə bunu edən ilk ərəb olub.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Frans 24” telekanalı məlumat yayıb.
Əl-Neyadinin təhsil aldığı Brayton Universitetində ona “Kosmosun Sultanı” ləqəbi verilib.
Xatırladaq ki, o, martın əvvəlində “Speys X Falcon 9” hava gəmisinin göyərtəsində BKS-ə uçmuş və uzunmüddətli kosmik missiyada iştirak edən ilk ərəb olmuşdu.
NASA-dan bildirilib ki, Əl-Neyadi həmkarı Stiven Bouen ilə birlikdə BKS-dən kənarda enerji sisteminin gələcək təkmilləşdirilməsinə hazırlaşmaq üçün elektrik kabelləri çəkəcək.