Ukraynadan vətəndaşlarına çağırış: Rusiya vətəndaşı olun!
6 Baxış

Rusiyanın nəzarətində olan ərazilərimizdəki ukraynalıların yaşamaq üçün bu ölkənin vətəndaşlığını qəbul etməsi tövsiyə olunur.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ombudsmanı Dmitri Lubinets deyib.
“Həyatda qalmaq üçün Rusiya pasportunu götürməyi tövsiyə edərdim. Həyatda qalmaq üçün verilən qərardır. Bu, ən əsasdır”, – deyə o bildirib.
Lubinets qeyd edib ki, hazırda Ukrayna hakimiyyəti ukraynalılara gələcəkdə Rusiya pasportundan imtina etməyə imkan verən qanun layihəsi hazırlayır.