Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qadın heykəli qalmaqala səbəb oldu – “Çox təxribatçıdır”

48 Baxış

İtaliyanın cənubundakı Puglia bölgəsindəki bir balıqçı kəndindəki meydanda su pərisinin şəhvətli heykəli “çox təxribatçı” olduğu üçün böyük qalmaqala səbəb olub.

Turanmedia.az-ın məlumatına görə, Qaynarinfo “The Guardian”a istinadən xəbər verir ki, heykəl Monopolidəki Luici Rosso incəsənət məktəbinin tələbələri tərəfindən hazırlanıb, sonra isə alim Rita Levi-Montalçininin adını daşıyan meydanda quraşdırılıb.

Hələ rəsmən təqdim edilməmiş sənət əsərinin quraşdırılması zamanı çəkilən fotolar sosial şəbəkələrdə paylaşıldıqdan sonra lağ hədəfinə çevrilib.

Barili aktrisa Tiziana Skiavarelli yazıb ki, Monopolidəki dostu “haqlı olaraq bu abidə ilə bağlı çaşqınlığını ifadə edib”.

Skiavarelli rəssamlıq tələbələri və ya bu işi tapşırmış yerli şura ilə heç bir probleminin olmadığını vurğulayıb: “Ancaq bu şey məni çox əyləndirir… Kim bilir, bunu turistlər üçün başqa bir cazibəsi olacaqmı?”, deyə aktrisa yazıb.

Luici Rosso sənət məktəbinin direktoru Adolfo Marciano heykəli müdafiə edərək, bunun “əyləncəli qadınların böyük əksəriyyətinə hörmət” olduğunu deyib. O izah edib ki, Monopoli şəhərinin meri tələbələrə şəhər üçün bir neçə heykəl, o cümlədən dəniz mövzulu heykəllər hazırlamağı tapşırıb:

“Tələbələr bir araya gələrək su pərisi ideyası ilə çıxış etdilər. Şuraya maket göstərildi və onlar bunun yaxşı olduğunu dedilər, sonra hazır heykəlin meydana qoyulmasına qərar verdilər”.

Marciano tələbələri mühakimə etmək istəmədiyini, lakin əsəri “reallığın, bu halda qadın bədəninin təmsili” kimi gördüyünü deyib:

“Televizorda çox incə modellərin reklamlarını görürsünüz, lakin bu su pərisi, xüsusən də ölkəmizdəki əyri bədənli qadınların böyük əksəriyyətinə hörmətdir. Çox arıq bir qadını təmsil etsək, bu çox pis olardı”.

Monopolidə yaşayan Beppe, açılışına qədər qapalı qalan heykəlin son günlər çox müzakirələrə səbəb olduğunu, bəzilərinin isə onu “çox təxribatçı” olaraq tənqid etdiyini söyləyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678