Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsmayıllı sakinindən narkotik vasitə və odlu silah götürüldü

121 Baxış

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Topçu kənd sakini Elşən Hüseynov polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Həmin şəxsin kənd ərazisində yaşadığı ünvana baxış keçirilən zaman şüşə və plastik qablarda 1 kiloqram 300 qrama yaxın qurudulmuş marixuana, həmçinin müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladığı İJ markalı ov tüfəngi və həmin silaha aid 10 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678