Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məhərrəm İncəyə yardıma hazırıq – Ərdoğan

70 Baxış

Birlikdə yarışa çıxdığımız Məhərrəm bəyin buradan ayrılmasına təəssüfləndim.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncənin prezidentliyə namizədliyini geri götürməsi barədə açıqlamasında deyib.

“Təəssüf ki, kaset konspriasiyası ilə vəzifəyə gələn Bay Kamalın qarşısındakı rəqib belə bir konspriasiya ilə qarşılaşdı. Bu gün Məhərrəm bəylə əlaqə saxladım. İstənilən yardıma hazır olduğumuzu dedik. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görəcəkdir. Proses bu şəkildə başlayacaq”, – deyə Ərdoğan bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678