Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat qətlə yetirildi – FOTO

35 Baxış

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra diyarı) Dumasının deputatı Aleksandr Kolodiçin meyiti Yeni Moskva rayonunda aşkarlanıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd olunub ki, deputatın meyiti Yeni Moskvada fərdi yaşayış evinin zirzəmisində tapılıb.

Cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanıb.

Deputatın yoldaşı evdə ağır yaralanmış vəziyyətdə tapılıb və bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı 1 nəfər saxlanılıb. Həmin şəxsin həyətyanı sahədə çalışan işçi olduğu bildirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678