Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan Qazaxıstan prezidenti ilə telefonla danışıb

38 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevlə telefon danışığı aparıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı liderlər qarşılıqlı olaraq Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar

Bundan əlavə, Qurban bayramı münasibəti ilə Türkiyə lideri Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı Məhəmməd bin Zayed Əl Nəhyan, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və Pakistanın Baş naziri Şahbaz Şərif ilə də telefon danışığı aparıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678