Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputatdan qazilərin problemlərinin həlli üçün TƏKLİF

164 Baxış

“Təəssüf ki, Vətən müharibəsində yaralanmış qazilər müəyyən qurumlardan sənəd almaq üçün növbəyə dururlar”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Nigar Arpadarai deyib. 

O bildirib ki, qazilərin növbəyə durması onlar üçün çətinlik yaradır. 

Millət vəkili təklif edib ki, indiki halda isə bunu sistem halına salmalıyıq. 

“Yaralılarımız bilməlidir ki, dövlət onların qayğısına qalır. Bu məqsədlə də “ASAN xidmət” modeli yaradılmalıdır. Onlar sənədləri almaq üçün dəfələrlə gedib-gəlməli deyil. Könüllülərdən yararlanmaq olar. “Səyyar ASAN” və könüllülər xidməti təşkil edilməlidir”. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678