Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İranda dəhşət: Ata-anası rejissoru öldürülüb parçalara böldü

121 Baxış

İran bu gün 47 yaşlı rejissor Babək Horramdinin ölümü ilə sarsıldı.

İHA xəbər verir ki, Horramdinin paytaxt Tehrandakı eyni evdə yaşadığı anası və atası tərəfindən öldürülüb.

Onun cansız bədəni üç hissəyə bölünərək Ekbatan bölgəsindəki zibil qabına atılıb.

Hadisədən sonra saxlanılan ata Abdullah Horramdin cinayəti həyat yoldaşı ilə birlikdə etdiklərini etiraf edib.

“Yeməyinə yuxu dərmanı əlavə edərək təsirsiz hala gətirdik. Sonra tualetə apardıq. Sonra cəsədi çamadanın içinə qoyub ən yaxın zibilliyin içinə atdıq”, – deyə rejissorun atası ifadəsində bildirib.

Oğullarının evdə dərs dediyi tələbələrlə uyğun olmayan münasibət qurduğunu iddia edən Abdullah Horramdin oğlunun gənc yaşlarından onları daima narahat etdiyini vurğulayıb:

“Universitetdə müəllim idi. Pandemiya səbəbindən dərsləri evdən keçirdi. Amma bizə evdə gün üzü göstərmədi. Onu ayrı evə çıxmağa razı salmağa çalışsaq da, qəbul etmədi”.

Həmin şəxs əlavə edib ki, qızını və kürəkənini də eyni qaydada öldürüblər:

“2011-ci ildə kürəkənimi, 2017-ci ildə isə əxlaq problemlərinə görə qızımı öldürdüm”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678