Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qaradərilini öldürən polis həbsxanada hücuma məruz qaldı

28 Baxış

ABŞ-da qaradərili Corc Floydun boynuna dizini basaraq ölümünə səbəb olan keçmiş polis əməkdaşı Derek Şovin həbsxana məhbusunun bıçaqla hücumu nəticəsində yaralanıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən bir məmur Floydun ölümünə səbəb olan keçmiş polis zabiti Şovinin bıçaqlanması ilə bağlı “Associated Press”ə danışıb. Rəsmi, Şovinin cəzasını çəkdiyi Arizonadakı federal həbsxanada başqa bir məhbus tərəfindən bıçaqlandığını və ağır yaralandığını açıqlayıb. ABŞ Federal Həbsxanalar Bürosunun verdiyi açıqlamada bıçaqlanma hadisəsi təsdiqlənsə də, Şovinin adı çəkilməyib.

Açıqlamada həbsxana işçilərinin müdaxilə edərək, hadisəni nəzarətə götürdüyü və yaralı məhbusun müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.

Xatırladaq ki, Minnesota ştatının Minneapolis şəhərində 25 may 2020-ci ildə 46 yaşlı qaradərili amerikalı Corc Floyd dələduzluqda şübhəli bilinərək saxlanılarkən, 44 yaşlı polis məmuru Derek Şovinin dizini 9 dəqiqə 29 saniyə boyunca boynuna basması səbəbi ilə “nəfəs ala bilmirəm” deyə yalvarmışdı.

Floyd hadisə yerinə gələn təcili tibbi yardım qrupları tərəfindən aparıldığı xəstəxanada ölmüş, hadisənin görüntüləri ölkədə qaradərililərə qarşı polis zorakılığı ilə bağlı müzakirələri alovlandırmış və şiddətli etirazlara səbəb olmuşdu.

Floydun ölümünə səbəb olmaqda günahlandırılan Şovin hadisədən 4 gün sonra saxlanılıb, 2-ci və 3-cü dərəcəli qətl və 2-ci dərəcəli adam öldürmə ittihamları ilə mühakimə olunub və 22,5 il həbs cəzasına məhkum edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678