Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aleksey Danilov Medvedçukun YDM şəbəkəsinin SOCAR-a satılması xəbərini təkzib etdi

140 Baxış

“Viktor Medvedçuka qarşı sanksiyalar bu gün tam həcmdə qüvvədədir. Ona məxsus yanacaq doldurma məntəqələri şəbəkəsinin satılması barədə informasiyalar isə həqiqəti əks etdirmir”.

Ua.news portalının məlumatına görə, bu sözləri Ukraynanın Milli Təhlükəsilik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Medvedçuk barəsində tətbiq olunan sanksiyalar tam həcmdə qüvvədədir. Medvedçuka və onun aktivlərinə qarşı sanksiya rejiminin zəifləməsi və ya “sanksiyaların çalışmaması”na dair KİV-də məqsədyönlü şəkildə yayılan informasiyalar dezinformasiyadır və həqiqəti əks etdirmir”, – deyə A.Danilov bildirib.

Onun sözlərinə görə, bir sıra kütləvi informasiya vasitələrində yayılan yanacaq doldurma məntəqələri şəbəkəsinin satışı barədə informasiyalar da düzgün deyil.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678