Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Arvadını başından güllələyib intihar etdi

39 Baxış

Boşanma ərəfəsində olan arvadını güllələyib öldürdü.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, hadisə Adanada baş verib. Məlumata görə Erhan Arslan boşanma ərəfəsində olduğu həyat yoldaşı Nuriyyə Arslanın qaldığı evə gəlib. Evin qarşısında görüşüb danışan ərlə arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi belindən çıxardığı tapança ilə həyat yoldaşını başından güllələyib. Daha sonra həmin silahla özünə də atəş açaraq intihar edib.

Ətrafdakı insanlar polisə və təcili tibbi yatrdıma zəng vurublar. Hadisə yerinə gələn həkimlər Erhan Arslanın hadisə yerində öldüyünü müəyyən ediblər.

Başından ağır güllə yarası alan Nüriyyə Arslan isə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678