Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyənin Lissabondakı səfiri dənizdə çimərkən ölüb

36 Baxış

Türkiyənin Muğla bölgəsinin Fethiye rayonundakı Faralya körfəzində dənizə girən Türkiyənin Lissabondakı səfiri Murat Karagöz çimərkən infarkt keçirərək dünyasını dəyişib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Karagözün ölümü ilə bağlı sosial media hesabında paylaşım edib.

“Xidmət etdiyim müddətdə yaxından əməkdaşlıq etdiyimiz Lissabondakı səfirimiz Murat Karagözü itirmək bizi dərindən kədərləndirdi. Onu gülərüz, zəhmətkeş və fədakar bir insan kimi xatırlayacağıq. Dəyərli ailəsinin dərdini bölüşür, yaxınlarına səbr və başsağlığı diləyirəm. Məkanı cənnət, ruhu şad olsun”,- paylaşımda qeyd olunur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678