Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lukaşenko bu dəfə yerini bilmədi: Priqojinin harada olduğu bəlli deyil

40 Baxış

“Vaqner”in qiyamından 10 günə yaxın vaxt keçməsinə baxmayaraq onun hələ də harada olması barədə konkret məlumat yoxdur.

Məsələyə aydınlıq gətirən Belarus lideri Aleksandr Lukaşenko “Vaqner” üzvlərindən qorxmadığını bildirsə də, qruplaşmanın lideri Yevgeni Priqojinin harada olduğu hələ də qeyri-müəyyən olaraq qalır.

Turanmedia.az-ın məlumatına görə, “Ölkə.Az” NTV-yə istinadən xəbər verir ki, Lukaşenko özü Priqojinin harada olmadığını bəyan edib: “Təəssüf ki, “Vaqner” əsgərləri burada deyil. Daha əvvəl dediyim kimi, onların təlimçiləri gəlib bizə döyüş təcrübəsi versələr, bu təcrübəni qəbul edəcəyik”.

Qeyd edək ki, qiyamın yatırılmasında vasitəçi rolunu oynayan Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner”dən Belarus ordusuna təlim keçməyi xahiş edib və “Vaqner” muzdlularını ordusuna təlim keçmək üçün ölkəsinə dəvət edib. Amma hələ də ondan bir xəbər yoxdur.

Onu da bildirək ki, ötən günlərdə Belarus lideri Priqojinin ölkəsində olduğunu demişdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678