Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir ölkə “Qurani-Kərim”in yandırılmasını pislədi

44 Baxış

Çin Xarici İşlər Nazirliyi müsəlmanlara qarşı hər cür hərəkətə və dini inancları hədəf alan fəaliyyətə qarşıdır.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi mətbuat konfransında İsveçdə “Qurani-Kərim”in yandırılması ilə bağlı sualı cavablandırarkən deyib.

“Heç kəsin ifadə azadlığından münaqişənin başlanması və ya bir sivilizasiyanı digər sivilizasiyaya qarşı qızışdırmaq üçün bəhanə kimi istifadə etməsinə icazə verilməməlidir”, – o bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678