Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə iş yerləri 22:00-da bağlanacaq – VİDEO

167 Baxış

“Özəl sektor və dövlət idarələrində iş saatı azaldılacaq. Eyni zamanda, əksər sahələrdə iş saatlarında məhdudiyyətlər tətbiq ediləcək”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. O bildirib ki, bu addımlar yeni növ koronavirus infeksiyasına bütün ölkə üzrə, xüsusən də İstanbul şəhərində yoluxma hallarının artmasından sonra atılır. Ərdoğan qeyd edib ki, insanların daha sıx olduğu yerlərdə, xüsusən də bazar və marketlərdə yoxlamalar və qabaqlayıcı tədbirlər artırılacaq.

Türkiyə prezidenti COVID-19 infeksiyasının təhsilə vurduğu zərərdən danışaraq bildirib ki, artıq yeni tədris ilindən tədricən distant təhsildən ənənəvi təhsilə keçid edilib. Lakin infeksiyanın yayılma dinamikası nəzərə alınaraq, qarşıdakı həftələrdə bu cür addımlar yenidən atılacaq.

Ərdoğan əlavə edib ki, pandemiya dövrü olmasına baxmayaraq, bu ilin 3-cü rübündə sənaye istehsalı və pərakəndə satış həcmi 2-ci rüblə müqayisədə 30% artıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678