Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Onu həbsxanada zəhərləyiblər” – Saakaşvilinin səhhəti ilə bağlı anasından açıqlama

31 Baxış

Mixail Saakaşvilinin vəziyyəti çox pisdir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə onun anası “Mihonun dostları, birləşin!” beynəlxalq dəstək hərəkatının yaradılması üzrə təşəbbüs qrupunun iclası zamanı bildirib.

“O, özünü pis hiss edir. Həmişə uzanır, hətta oturmağa belə çətinlik çəkir. Onun yeriməyə gücü yoxdur. Daimi hərarəti olur, təzyiqi 140-a qalxır”, – Giuli Alasaniya deyib.

Saakaşvilinin anası sabiq prezidentin həbsxanada zəhərləndiyini də təsdiqləyib.

“Saakaşvili Ukraynanın qələbəsinə çox ümid edir. O, Ukraynaya qayıtmağı və Ukraynadakı bütün proseslərdə iştirak etməyi çox gözləyir”, – Alasaniya vurğulayıb


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678