Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vuçiç NATO-ya çağırış etdi: Zəmanət verin!

45 Baxış

Serbiya Prezidenti Aleksandr Vuçiç NATO Baş katibi Yens Stoltenberqi Kosova və Metohiyadakı serblərin təhlükəsizliyinə zəmanət verməyə çağırıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Vuçiç serbləri hakimiyyətdən uzaqlaşdırmaq istəyən Priştinanın pis münasibətinə görə münaqişənin genişləndiyini bildirib.

“Bizim KFOR və NATO kontingenti ilə peşəkar münasibətimiz olub və ümid edirəm ki, missiyanız həyata keçiriləcək”, – Vuçiç bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678