Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aslanın Ermənistana girişi qadağan edildi

38 Baxış

Niderland vətəndaşı, Ermənistanın “Daşnaksütyun” partiyasının üzvü Aslan Aslanyanın Ermənistana girişi qadağan edilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Ayastan” fraksiyasının deputatı Kristina Vardanyan sosial şəbəkə hesabında paylaşım edib.

“Zvartnots hava limanında pasportu götürüldü və ölkəyə girişinin qadağan olunduğunu bildirməzdən əvvəl on saat gözləməyə məcbur edildi”, – deyəqeyd olunub.

Qeyd edək ki, bu ilk hal deyil.

Ermənistanda əvvəllər də Erməni İnqilab Cəbhəsinin rəhbəri Murad Papazyan və Masis Abramyan da arzuolunmaz şəxs adlandırılıb.(APA)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678