Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Mən yaxşı bilirəm ki, ömürlük həbs cəzası çəkirəm”

35 Baxış

“Mən yaxşı bilirəm ki, ömürlük həbs cəzası çəkirəm”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu rusiyalı müxalifət lideri Aleksey Navalnı Moskva Şəhər Məhkəməsinin onun haqqında çıxardığı hökmü şərh edərkən deyib.

“19 il xüsusi rejimli cəzaçəkmə müəssisəsində. Say önəmli deyil. Mən çox yaxşı başa düşürəm ki, bir çox siyasi məhbuslar kimi mən də ömürlük həbs cəzası çəkirəm. Harada ki, həyat mənim və ya bu rejimin ömrü ilə ölçülür”, – Navalnı bildirib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti onu yox, rusları qorxutmaq istəyir ki, onları müqavimət iradəsindən məhrum etsin.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678