Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pentaqon çoxsəviyyəli müdafiə sistemi yaradır

37 Baxış

Pentaqon hipersəs raketlərindən çoxsəviyyəli müdafiə sisteminin yaradılmasını əsas vəzifələrindən biri hesab edir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin Raketdən Müdafiə Agentliyinin icraçı direktoru Laura Desimon deyib.

“Biz bəzi rəqiblərimizin bu yeni tipli raketləri – hipersəs raketlərini inkişaf etdirmək üçün sınaqdan keçirdiklərini gördük. Ona görə də raketlərdən mümkün qorunmanın əsas parametrlərini müəyyən edirik”, – L.Desimon bildirib.

Onun sözlərinə görə, hipersəs raketlərini tanımaq üçün sistemlər hazırlamaq və onları dəf etmək üçün çoxqatlı müdafiə vacibdir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678